“Boka Xuniors”un futbolçusu Karlos Tevez Çindən təklif alıb.
Korner.az-ın məlumatına görə, argentinalı futbolçuya “Şanxay İst Eyşa” klubu rəsmi təklif göndərib.
Çin təmsilçisinin baş məşqçisi Sven-Yoran Erikson komandasının Asiya Çempionlar Liqasında daha inamlı çıxış etməsi üçün heyəti gücləndirmək niyyətindədir. Lakin onun Tevezi transfer etmək istəyi baş tutmayıb. Çünki Tevez Çində oynamaq istəməyib. 32 yaşlı futbolçu “Şanxay İst Eyşa”nın təklifini qəbul edəcəyi təqdirdə ilinə 22,5 milyon avro qazanacaqdı.
