“Sivasspor”un baş məşqçisi Roberto Karlos son oyunlarda uğursuz çıxış edən “Barselona”nın ulduzu Neymara dəstək olub.
Korner.az-ın məlumatına görə, braziliyalı əfsanə Karlos öz həmyerlisinin DÇ-2014-də daha yaxşı çıxış edəcəyinə inanır:
“Məncə, Dünya Çempionatını Braziliya qazanacaq. Braziliyanın ev sahibi olması ona bu çempionatda çox kömək edəcək. Neymar bir dahidir. DÇ-nin əsas oyunçularından biri olacaq. Futbolçuların anlayış və güvənə ehiyacları var”.
