Karlo Ançelotti yenidən İngiltərənin “Çelsi” futbol komandasına rəhbərlik edə bilər
Artıq klubun sahibi Roman Abramoviç italiyalı mütəxəssislə danışıqlar aparıb.
Tərəflər Ançelottinin 2018-ci ilin fevralında komandaya qayıdışına dair razılığa gəliblər. Hazırkı baş məşqçi Antonio Konte isə mövsümün sonunda istefaya göndəriləcək.
Qeyd edək ki, Karlo Ançelotti sentyabrın 28-də Almaniyanın “Bavariya” komandasının baş məşqçi postundan istefaya göndərilib. O, “Çelsi”də 2009 – 2011-ci illərdə çalışıb. Ançelotti ilk mövsümündə “qızıl dubl” etsə də, növbəti mövsüm nəticə verə bilmədiyi üçün vəzifəsindən ayrılıb.
