Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya” klubunun baş məşqçisi Karlo Ançelotti qeyri-etik hərəkətinə görə cəzalandırılıb.
Korner.az-ın məlumatına görə, bu haqda “AA” xəbər yayıb.
Təcrübəli mütəxəssis Almaniya Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən xeyriyyə qurumuna 5 min avro ödəməli olacaq.
Xatırladaq ki, “Herta” – “Bavariya” matçından sonra Karlo Ançelotti azazkeşlərə qarşı qeyri-etik hərəkət etmişdi. Baş məşqçi azarkeşin ona tərəf tüpürməsindən sonra bu hərəkəti etdiyini bildirmişdi.
