Karlo Ançelotti Braziliya yığması ilə yeni müqaviləyə yaxınlaşır
13.02.2026 , 15:27
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti ilə bağlı yeni müqavilə məsələsində razılıq əldə olunub.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərə əsasən, italiyalı mütəxəssis Braziliya milli futbol komandası ilə 4 illik yeni sözləşmə imzalamağa yaxındır. Sənədlər hələ rəsmiləşdirilməsə də, Braziliya Futbol Konfederasiyası ilə tərəflər arasında tam razılıq var və proses formal mərhələdədir.
Xatırladaq ki, Ançelotti 2025-ci ilin mayından Braziliya yığmasına rəhbərlik edir. Onun rəhbərliyi altında komanda keçirdiyi 8 oyunda 4 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 2 dəfə məğlub olub. Mütəxəssisin hazırkı müqaviləsi DÇ-2026-nın sonuna qədər qüvvədə idi.
Təcrübəli çalışdırıcı karyerası ərzində Avropanın bir sıra aparıcı klublarında – “Milan”, “Real Madrid”, “Yuventus”, PSJ, “Bavariya”, “Everton” və “Napoli” – baş məşqçi kimi fəaliyyət göstərib.