“Düşərgədə hər şey yaxşı idi. Bizim çox yaxşı təlim-məşqlərimiz oldu. Ancaq təəssüf ki, biz bütün komandayla işləyə bilmədik. Bu həftə tam heyətlə işləmək imkanımız olacaq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes komandasının qış hazırlığını yekununu şərh edərkən klubun rəsmi saytına açıqlamasında deyib.
İspaniyalı mütəxəssis daha sonra bunları deyib:
“Bizim ard-arda oyunlarımız çox olurdu və matçlar ərzində biz oyunçu dəyişikliyi edə bilmirdik. Buna görə də futbolçular çox yorğun idilər. İndi bizim 18 futbolçumuz var və bu, onlar arasındakı rəqabəti artırır. Bu, komanda üçün çox yaxşıdır. Yoldaşlıq oyunlarına gəldikdə isə, deyə bilərəm ki, ilk üç oyun komandamızın fiziki vəziyyətini yaxşılaşdırmaq üçün keçirildi. Bu matçların nəticələri çox da vacib deyildi. Amma son iki matçı biz fərqli oynadıq, biz tam olaraq topa sahib ola bildik. Düşünürəm ki, bugün komanda kifayət qədər yaxşı vəziyyətdədir”.