"Komandamız güclü kluba qarşı xarakter göstərib qələbə qazandı".
Korner.az-ın Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Karles Bakes "Neftçi" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis qələbəni şərh edərkən hakimin verdiyi qərarların çoxunun "Neftçi"nin lehinə olduğunu bildirib:
"Bu qələbəni azarkeşlərə həsr edirik. Onlara borcumuz var idi, az da olsa qaytardıq. Penalti epizoduna gəldikdə isə hakim düzgün qərar verdi. Ancaq oyunboyu hakim "Neftçi"nin xeyrinə çox qərarlar verdi. Meydan yaxşı olsaydı, bilmək olmazdı kim udardı. Bu gün isə meydanda daha çox can qoyan tərəf qalib gəldi".
