Karikaturaçı Klopa belə cavab verdi – FOTO
13.05.2019 , 15:43

Məşhur karikaturaçı Omar Momani “Liverpul”un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının Bakıda keçirilməsi ilə bağlı dediyi fikirlərə reaksiya verib.
Momani almaniyalı mütəxəssisin “Bu qərarı verənlər səhər nə yeyirlər?” tərzdə iradına özünəməxsus şəkildə cavab verib.
Sözü gedən karikaturada “Çelsi” və “Arsenal” komandasının üzvləri səhər yeməyində təsvir edilib və belə bir başlıq yazılıb:
“Cənab Klopp, bizə qoşul!
Azərbaycanın səhər yeməyi insanları birləşdirir və hamını xoşbəxt edir. Mütləq dadına baxın”
