Karikari Albaniya klubu ilə danışıq aparır
06.01.2019 , 11:11

“Neftçi”dən göndəriləcəyi gözlənilən Kvame Karikari karyerasını Albaniyada davam etdirə bilər.
Qanalı forvard “Partizani”nin maraq dairəsindədir. 26 yaşlı futbolçunun sözügedən klubla danışıq apardığı iddia olunur. Bir müddətdir afrikalı oyunçunu diqqət mərkəzində saxlayan “Partizani”nin onun keçidini məhz qış fasiləsində həll etməyə çalışdığı bildirilir.
Qeyd edək ki, Karikari bu mövsümün əvvəlindən “Neftçi”də çıxış edir.
