“Trabzonspor”un paraqvaylı futbolçusu Oskar Kardozo komandadan ayrılmaq istəyir.
Korner.az-ın məlumatına görə, 31 yaşlı hücumçu rəhbərliyin onu aldatdığını əsas gətirərək Trabzon təmsilçisini tərk etmək niyyətindədir.
“Qaradənizin səsi” qəzeti yazır ki, rəhbərliyə “Məni aldatmısınız. Demişdiniz ki, böyük klubuq, komandamız dolu tribunalar qarşısında oynayır. Ancaq oyunlarımıza azarkeş gəlmir. Artıq futboldan zövq almıram”, – deyə üsyan edib. Klub rəhbərliyi paraqvaylı forvardı dilə tutmağın yollarını axtarır.
Kardozo cari mövsümdə meydana çıxdığı 22 oyunda 11 qol vurub, 7 qol ötürməsi verib.
