Karateçimiz erməniyə qalib gəldi
23.06.2023 , 13:27
Azərbaycan karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında yarımfinala yüksəlib.
Korner.az xəbər verir ki, 68 kq çəki dərəcəsindəki idmançımız əvvəlcə ukraynalı Qalina Melniki (5:0) üstələyib. Dünya və Avropa çempionu növbəti dəfə Ermənistan idmançısı rəqibi Anita Makyana (8:0) qalib gəlib. Bununla da İrina minimum bürünc medalı təmin edib.
O, qrupda son görüşünü ispaniyalı İzabel Nyetoya qarşı keçirəcək.