Karateçimiz ermənini məğlub edib finala çıxdı
14.05.2023 , 12:59
Azərbaycan millisinin karateçisi İrina Zaretska (68 kq) Rabatda (Mərakeş) keçirilən Premyer Liqanın finalına yüksəlib.
Korner.az xəbər verir ki, idmançımız niderlandlı Robin Van Vezel (3:0) və ermənistanlı Anita Makyanı (8:1) məğlub edərək qrup birincisi olub.
Zaretska 1/4 finalda Elina Silemenyevaya (Ukrayna, 3:0), yarımfinalda isə Sade Beçiroviçə (Xorvatiya, 5:0) qalib gəlib.
İkiqat dünya və Avropa çempionumuz finalda Yelena Quiriçi (İsveçrə) ilə görüşəcək.