Karateçilərimizdən qızıl medal
27.02.2024 , 21:55

Azərbaycanın yeniyetmə karateçisi Nəsimi Musayev Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində keçirilən Liqa yarışında çempion olub.
Korner.az xəbər verir ki, 70 kq-da mübarizə aparan Azərbaycan təmsilçisi qızıl medalı qazanmağı bacarıb.
Bundan başqa, Gülay Orucova da (59 kq) qızıl medala sahib çıxıb.
Fərid Hacızadə (55 kq) isə gümüş medal əldə edob.
