Karate millisində yeni təyinat
03.06.2025 , 13:30

Azərbaycanın 21 yaşadək karateçilərdən ibarət millisinə yeni təyinat olub.
Korner.az xəbər verir ki, bu barədə Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məşqçi-müəllim Coşqun Sadiqov U-21 millisinin baş məşqçisi Elnur İbrahimovun köməkçisi vəzifəsinə təyin olunub.
