Karantin qaydasını pozduğuna görə komandadan qovuldu
15.04.2020 , 10:28

Çinin “Quançjou Everqrand” klubu futbolçusu Yun Hanço ilə yolları ayırıb.
Korner.az-ın məlumatına görə, buna səbəb futbolçunun karantin qaydasını pizması olub. Belə ki, yarımmüdafiəçi avtomobilindəki nömrəni saxtalaşdırmağa çalışıb.
Məsələdən agah olan polis bu barədə futbolçunun klubuna mətbuat verib. Klub rəhbərliyi bu hərəkətinə görə Hanço ilə müqaviləni birtərəfli qaydada ləğv edib.
