Karantin qaydalarını pozan futbolçu üzr istədi
31.03.2020 , 19:37

“Ayaks”ın futbolçusu Kvinsi Promes koronavirusla əlaqədar karantin qaydalarını pozduğu üçün üzr istəyib.
Korner.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu “Instagram” səhifəsində yazıb.
O, futbol üçün çox darıxması səbəbindən Amsterdamda dostları ilə oynadığını bildirib. Forvard evdən küçəyə çıxmasını düşünülməmiş hərəkət olduğunu bildirib.
Qeyd edək ki, Promes 2019-cu ildən “Ayaks”da çıxış edir.
