Türkiyənin “Karabükspor” klubu Ukraynanın “Dinamo” Kiyev klubunun qapıçısı Aleksandr Ribkanı heyətinə qatıb.
Korner.az-ın məlumatına görə, klubun futbol şöbəsi üzrə səlahiyyətli şəxsi Tolqa Gül öz açıqlamasında bildirib: ” Aleksandr Ribka ilə ön protokolu imzaladıq. Komandanın Antalyadakı təlim-məşq toplanışında iştirak edəcək. Qış transfer dönəmində rəsmi müqavilə imzalanacaq. Xeyirli olsun”.
