Kaqavanın yeni klubu məlum oldu
27.01.2021 , 19:15

Yaponiya millisinin keçmiş futbolçusu Şinji Kaqava karyerasını Yunanıstanda davam etdirəcək.
Korner.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi PAOK-da çıxış edəcək.
Saloniki təmsilçisi təcrübəli futbolçu ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, futbolçu son olaraq “Saraqosa”da çıxış etmişdi.
