Kaqava gələcəyi ilə bağlı danışdı
14.03.2019 , 12:40

Qış transfer pəncərəsində “Beşiktaş” klubuna keçən Sinji Kavaqa gələcək karyerası ilə bağlı önəmli açıqlamalar verib.
“Beşiktaş” klubunu və azarkeşlərini sevdiyini dilə gətirən yaponiyalı futbolçu qalmaq istədiyini bildirib.
“Türkiyənin ən böyük klublarından birinə gəlmişəm. Məndən olsa, bu klubda qalardım, amma hər şey mövsüm sonu dəqiqləşəcək.”
Qeyd edək ki, Şindzi Kaqava hazırda Dortmund “Borussiya”sına məxsusdur.
