Kapoeyra seminarı
25.04.2023 , 20:54
Aprelin 23-24-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə kapoeyra seminarı və yeni kəmər dərəcələrinin təqdim olunma mərasimi keçirilib.
Korner.az zəbər verir ki, 300-ə yaxın iştirakçının qatıldığı tədbirdə Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Paulo Sales Neto, Braziliyanın ölkəmizdəki səfiri, eləcə də Macarıstan və Finlandiyadan kapoeyra ustadları iştirak ediblər.