Kapitanı “Fənər”i tərk edir
28.04.2023 , 10:32
“Fənərbağça” futbolçusu Enner Valensiyaya yeni müqavilə təklif etsə də, rədd cavabı alıb.
Korner.az-ın məlumatına görə, futbolçu illik 3 milyon maaş tələb edir. Lakin “Fənər” ona 1.8 milyon verə biləcəyini bildirib. Bu səbəbdən də təcrübəli futbolçu yeni sözləşməyə imza atmır. Ekvadorlu futbolçuya Braziliyanın “İnternasional” klubu illik 2.5 milyonluq maaş təklif edib. Bu, 33 yaşlı oyunçunun diqqətini cəlb edib.
Əgər “Fənərbağça” Valensiyanın maaşını yüksəltməsə o, yayda komandanı tərk edəcək.