Kapitana ərəblərdən cəlbedici təklif
03.06.2025 , 13:00

“Əl Hilal” “Mançester Yunayted”in kapitanı Bruno Fernandeslə maraqlanır.
Korner.az xəbər verir ki, ərəblər futbolçuya 4 illik müqavilə və illik 25 milyon avro maaş da təklif edib.
Bu barədə xarici KİV məlumat yayıb.
Lakin Bruno Fernandes karyerasını İngiltərə klubunda davam etdirmək istədiyi üçün bu təklifi rədd edib.
Ötən mövsüm “Mançester Yunayted”in heyətində 57 matçda iştirak edən Bruno Fernandes 19 qol vurub və 20 məhsuldar ötürmə edib.
