Kapitan üçün əlamətdar matç
06.11.2023 , 17:42

PSJ Liqa 1-in XI turunda “Monpelye”ni məğlub edib – 3:0.
Korner.az xəbər verir ki, qələbə PSJ-nin kapitanı Markinyos üçün əlamətdar olub.
Belə ki, braziliyalı müdafiəçi PSJ formasıyla 300-cü qələbəsini qazanıb.
Bu, klub tarixində rekord göstəricidir.
