Kapitan “Tottenhem”dən gedir?
03.06.2025 , 22:55

Son Hın Min yayda “Tottenhem”i tərk edə bilər.
Korner.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə, 32 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klublarından birinə keçməyə yaxın olduğu bildirilib.
Xatırladaq ki, oyunçunun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
