Kapitan qışdan sonra “Səbail”ə kömək edə biləcək
11.10.2018 , 13:17

“Səbail” klubunun kapitanı Eltun Yaqublunun zədəli günləri davam edir.
Qışa qədər qayıdacağı gözlənilən kapitanın durumunun fərqli olduğu meydana çıxıb. Belə ki, Yaqublu ən yaxşı halda qışdan sonra “Səbail”ə kömək edə biləcək.
Qeyd edək ki, Eltun Yaqublunun yoxluğunda “Səbail”in kapitan sarğısını Rahid Əmirquliyev daşıyır.
