Voleybol

Kapitan oynadı, komandası qalib gəldi

12.11.2017 , 13:32

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında VII tura start verilib

Azərbaycan millisinin kapitanı Odina Bayramovanın şərəfini qoruduğu “Seramiksan” səfərdə “Nilüfer Belediyespor”la qarşılaşıb.

Görüş voleybolçumuzun komandasının qələbəsi ilə başa çatıb. “Seramiksan” rəqibini 3:2 (21:25, 25:14, 16:25, 25:19, 15:9) hesabı ilə məğlub edib. 

Həmyerlimiz sözügedən qarşılaşmanın iştirakçısı olub.

Qeyd edək ki, “Seramiksan” 7 oyundan sonra 7 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 

Son yazılar

Yuxarı