Ölkə futbolu

Kapitan daha 3 il “Neftçi”də!

01.06.2020 , 18:45

“Neftçi” kapitan Emin Mahmudovla müqavilənin müddətini artırıb.

Korner.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Yeni anlaşmaya görə, təcrübəli futbolçu daha 3 il “ağ-qara” formanı geyinəcək.

Qeyd edək ki, Mahmudov bu mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub.

“Neftçi”də Mahmudovdan öncə Anton Krivotsyuk da yeni anlaşmaya imza atmışdı.

Son yazılar

Yuxarı