Kapitan daha 1 il “Sumqayıt”da
18.07.2020 , 15:40

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Mehdi Cənnətov və Elvin Bədəlovun ardınca kapitan Vurğun Hüseynovla da müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, təcrübəli müdafiəçi növbəti mövsümdə də “gənclik şəhəri” təmsilçisinin uğurları üçün çalışacaq. Məlumatı klubun mətbuat xidməti yayıb.
2013/14 mövsümündən etibarən “Sumqayıt”da çıxış edən Vurğun Hüseynov komandanın tarixində ən çox oyun keçirən futbolçudu. 164 matçda forma geyinən kapitan 1 dəfə qol vurmağa da nail olub.
