“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov ölkə kubokunun yarımfinal mərhələsinin “Keşlə” ilə cavab oyununu da buraxacaq.
Futbolçu özü bildirib ki, zədəli olduğu üçün sabahkı qarşılaşmada iştirak edə bilməyəcək. Hüseynov eyni səbəbdən paytaxtdakı ilk matçı (0:1) da buraxmışdı.
Qeyd edək ki, “Sumqayıt” – “Keşlə” oyunu sabah saat 17:00-da başlayacaq
