Rusiya millisinin sabiq çalışdırıcısı Fabio Kapello Madrid “Real”ına baş məşqçi gətiriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, italiyalı mütəxəssis bu söhbətlərin ciddi olmadığını deyib.
“Real”ı çalışdırmaq? Bu nədir, zarafatdır? Yox, yox, yox, çox sağ olun. Yeni iliniz və Milad bayramınız mübarək. Bu suala cavab vermək istəmirəm. Çünki bu, zarafata oxşayır”, – deyə Kapello İspaniyanın “AS” nəşrinə açıqlamasında bildirib.
Qeyd edək ki, Kapello 1996-1997 və 2005-2006-cı illər mövsümlərində “Real”ı çalışdırıb, hər iki mövsümdə komandanı çempion edib.
