Sabah DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində üçüncü turun oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, millimizin qrupunda sabah iki iddialı komanda, Rusiya və Portuqaliya milliləri üz-üzə gələcək. Bu gün isə şimal qonşularımızın baş məşqçisi Fabio Kapello jurnalistlər önünə çıxıb.
Rus jurnalistin Kapelloya ünvanladığı: "2004-cü ildə o zamankı baş məşqşi Georgi Yartsev 1:7 hesablı məğlubiyyət dözməyərək vəzifəsindən ayrılmışdı. Bu dəfə Portuqaliya ilə oyunda komanda məğlub olsa siz nə edərsiz?" sualına italyan mütəxəssis belə cavab veriib:
"Birincisi, bu cür sözləri deməzdən əvvəl taxtaya vurmaq lazımdır. Gəlin ən yaxşısı heç bu barədə fikirləşməyək. İkincisi də nəticə necə olur-olsun – istər mənfi, istər müsbət – onu birlikdə qəbul etmək lazımdır. Komanda bir yerdə işləyir, ona görə də məğlubiyyət də, qələbə də, birlikdə əldə edilir. Mən heç vaxt öz yerimi tərk etməzdim, hətta 0:9 hesabı ilə məğlub olsaq belə”.
