Kanute: “Onların futboldan başı çıxmır”
26.02.2019 , 19:00

Fransalı futbolçu Fredrik Kanute Messi ilə bağlı fikirlərini bölüşüb.
Messinin meydanda olmasını “Barselona” üçün uğurlu hesab edən fransalı sabiq futbolçu argentinalı oyunçunu ən yaxşı adlandırıb.
“Barselona” Messi olduğu oyunlar tam fərqli çıxış edir. Messi meydanda olmayanda isə rəqib özünü daha rahat hiss edir. Bunu qəbul etməyən şəxsin futbolu anlamadığını düşünürəm”.
Qeyd edək ki, Messi bu mövsüm İspaniya çempionatında 25 qol vurub və 11 məhsuldar ötürmə edib.
