“Mançester Yunayted”in və Fransa yığmasının sabiq üzvü Erik Kantona Neymarı tənqid edib
Veteran futbolçu braziliyalı forvardın “Barselona”nı PSJ-yə dəyişməsini anlamadığını bildirib:
“25 yaşlı biri Braziliya millisinin və “Barselona”nın aparıcı üzvüdürsə, dərhal sual yaranır: o, Fransaya niyə köçüb? “Amyen” və ya “Genqam”a qarşı oynamaq üçün?
Çempionlar Liqası bəhanə ola bilməz. Orda mövsüm ərzində 10 oyun keçirirsən. Neymarın hərəkətini anlamıram. Məncə, futbola qarşı ehtiras belə olmamalıdır”.
