Kante məşqlərə başladı
30.05.2020 , 18:16

“Çelsi”nin futbolçusu Nqolo Kante məşqlərə başlayıb.
Korner.az BBC-yə istinadən xəbər verir ki, yarımmüdafiəçi fərdi şəkildə məşq edib.
Xatırladaq ki, futbolçu bundan əvvəl koronavirusdan qorunmaq üçün məşqlərə qatılmaqdan imtina etmiş, evdə hazırlaşmağı istəmişdi.
