İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi”nin futbolçusu Enqolo Kante maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, tez-tez həmkarları tərəfindən təriflənən yarımmüdafiəçi özünü Premyer Liqanın ən yaxşı oyunçusu hesab etmir:
“İnkişaf edən futbolçuyam, lakin Premyer Liqada ən yaxşı deyiləm. Liqada məndən yaxşı çox oyunçu var”.
Xatırladaq ki, mövsümün əvvəli “Lester Siti”dən 38.5 milyon avro qarşılığında “Çelsi”yə transfer olunan Kante iştirak etdiyi 31 oyuna 2 qol vurub.
