Kante “Fənərbağça”ya keçir?
14.01.2026 , 14:30
Türkiyənin “Fənərbağça” klubu Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasında çıxış edən N’Qolo Kante ilə transfer danışıqlarını aktiv şəkildə davam etdirir.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, Kante ilə şəxsi şərtlər razılaşdırılıb.
İndi İstanbul klubu fransız yarımmüdafiəçinin keçidi üçün “Əl-İttihad”la maliyyə məsələlərini həll etməyə çalışır. Pulsuz transfer variantı nəzərdə tutulmayıb və Səudiyyə komandası kompensasiya tələb edir.