Kante “Çelsi”dən getdi
08.06.2023 , 13:19

“Çelsi”nin futbolçusu Nqolo Kante komandadan ayrılıb.
Korner.az xəbər verir ki, o, karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
İngiltərə mətbuatının xəbərinə görə, Kantenin “Əl İttihad”la razılaşdığı və 2 illik müqavilə imzaladığı bildirilir.
Onun yeni klubunda 100 milyon avro qazanacağı deyilir.
Mina Musayeva
