"Neftçi"dən yüksək maaş istəyən və bu səbəbdən onun "ağ-qaralar"dan gedəcəyi gözlənilən Nikolas Kanales öz "tvitter" hesabında klubdan ayrılması haqda qısa açıqlama verib.
Korner.az-ın məlumatına görə, çilili forvard – “Yəqin ki, bu, Tanrının istəyidir. Mənim üçün belə yaxşıdır”, deyə yazıb.
Qeyd edək ki, “Neftçi” ilə Kanales maliyyə məsələlərində razılığa gələ bilmədiyi üçün yolları ayırıb.
