Yayda "Neftçi"dən ayrılaraq vətəni Çilinin "Kolo Kolo" klubuna transfer olunan Nikolas Kanales vaxtilə formasını geyindiyi "Universidad de Çili"nin azarkeşlərini qıcıqlandıracaq hərəkət edib.
Korner.az-ın Çili mətbuatına istinadən məlumatına görə, o, özünün tvitter hesabında "Biz qazandıq, qalanlar isə kilsədə ağlasınlar!" yazıb.
Qeyd edək ki, dünən keçirilmiş "Kolo Kolo" – "Universidad de Çili" qarşılaşması meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb. Və oyundan az sonra Kanales tvitter hesabında bu sözləri yazıb.
