Topaz Premyer Liqasının XXV turunda hazırda davam edən AZAL-la qarşılaşma “Neftçi” üçün əlamətdar olub.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar” bu matçda ölkə çempionatlarında 1200-cü qolu vurub.
Yenidən “Neftçi”yə döndükdən sonra bu qarşılaşmada 60-cı dəqiqədə hesabı bərabərləşdirən çilili hücumçu Nikolas Kanales yubiley qolunu vuraraq, klubun tarixinə düşüb.
“Flaqman” bu göstəriciyə görə ölkə birinciliyində çıxış etmiş bütün komandaları qabaqlayır.
