"Mövsüm bizim üçün ağır keçdi, ancaq çox sevinirəm ki, çempion olduq".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin və cari mövsümün bombardiri Nikolas Kanales deyib.
Çilili futbolçu xüsusilə son oyunların ağır keçdiyini bildirib: "Ümumilikdə son oyunlarımız daha ağır kecçi, çünki mövsümün sonu idi. "Neftçi"ylə müqaviləmin artırılması üçün menecerim gələcək. Ondan sonra hər şeyə tam aydınlıq gələcək".
Nikolas kubokun finalı barədə də fikirlərini bildirib: "Xəzər Lənkəran"la oyuna 1 həftəmiz var. Kuboku da qazanmaq istəyirik.