“Bu, təkcə mənim uğurum deyil. Bütün komandanın uğurudu. Məhz komandamın sayəsində mən bu mükafata sahib çıxdım. Hamını təbrik edirəm”.
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Nikolas Kanales deyib.
Çilili forvard daha sonra Böyükağa Hacıyevin ondan narazı qalması ilə bağlı bunları dedi:
"Demək olar ki, hər oyun qol vururam. Görünür, son iki matçda fərqlənməməyim onu narazı salıb. Amma əsas mənim qol vurmağım yox, komandamın qələbə qazanmadır”.