Kamranın komandasından qələbə
18.12.2020 , 17:32
Rusiya Premyer Liqasında XIX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” doğma meydanda Moskva “Lokomotiv”inə qalib gəlib – 3:2.
Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə sonadək ehtiyatda qalıb.
“Ximki” 25 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.