Kamranın komandası səfərdə məğlub oldu
11.05.2021 , 10:39

Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” səfərdə Moskva “Spartak”ına məğlub olub – 1:2.
Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Ximki” 29 turdan sonra 44 xalla 8-ci pillədə qərarlaşıb.
