Kamran Quliyev “Neftçi”dən getdi – Rəsmi
24.07.2023 , 12:59

Kamran Quliyev “Neftçi”nin prezidenti vəzifəsindən azad edilib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2018-ci ildən klubun prezidenti olan Kamran Quliyevin rəhbərliyi dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.
