Kamran Quliyev: “Belə hakimlər futbola ləkədi”
01.12.2018 , 18:49

Topaz Premyer Liqasının XIII turunda “Neftçi” səfərdə “Sabah”la qarşılaşıb. Oyun qonaqların qalibiyyəti ilə yekunlaşıb – 2:1
Oyundan sonra “Neftçi” klubunun prezidenti Kamran Quliyev hakimlərə etirazını bildirib. Belə ki, o, soyunub-geyinmə otağının qarşısında AFFA nümayəndəsinə etirazını bildirib.
Prezident qısa mübahisədə: “Belə Hakimlər Azərbaycan futboluna ləkədir. Hakim az qala özü qol vuracaqdı”, – fikirlərini səsləndirib.
Oyunun baş Rəhim Həsənov 90 dəqiqə ərzində 3 qırmızı vərəqə göstərib
