Milli komandamızın qapıçısı Kamran Ağayev karyerasını “Keşlə”də davam etdirəcək
Bu barədə klubun baş meneceri Zaur İsmayılov məlumat verib. Onun sözlərinə görə, artıq klub prezidenti Zaur Axundovla qolkiper arasında görüş olub:
“Çox güman ki, Kamranı heyətimizə qatacağıq. Zaur Axundov özü Ağayevlə görüşüb. Amma hələlik rəsmi bir şey yoxdur”.
Qeyd edək ki, Çexiyanın “Mlada” (Boleslav) klubundan göndərilən K. Ağayevin adı bir müddətdir “Keşlə” ilə hallanırdı.
qol.az
