Futbol üzrə Çexiya çempionatının 8-ci turunun oyunları keçirilib.
Azərbaycan yığmasının üzvü Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Viktoriya” (Plzen) ilə qarşılaşıb. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Kamran bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi ehtiyatda qalıb.
Bu nəticədən sonra aktivində 7 xalı olan “Mlada Boleslav” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
