Türkiyə PTT I Liqasında 28-ci turuna yekun vurulub.
Korner.az-ın məlumatına görə, turun son matçında millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” doğma meydanda millimizin hücumçusu Vaqif Cavadovun formasını geyindiyi “Boluspor”u qəbul edib.
Qarşılaşma 3:0 hesabı ilə Kamran Ağayevin komandası “Kayserispor”un qələbəsi ilə başa çatıb.
Ağayev 90 dəqiqə meydanda olsa da, Cavadov qarşılaşmanın 81-ci dəqiqədə meydana daxil olub.
