Türkiyə PTT 1-ci liqasında 24-cü tur çərçivəsində doğma meydanda “Altınordu”nu qəbul edəcək “Kayserispor” hazırlıqlara start verib.
Korner.az-ın məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin forma geyindiyi “Kayserispor” 1 günlük istirahətdən sonra məşqlərə başlayıb.
Qeyd edək ki, “Kayserispor” – “Altınordu” matçı martın 15-i Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
